Son Üzləşmə
Ölüm hökmü verilib.
Gənc aynada öz əksinə baxır. Lakin burada nəsə bir qəribəlik var. Orada öz uşaq halı hönkür-hönkür ağlayır. Çünki artıq sonun çatdığını bilir. Uşağın ilıq göz yaşları buz kimi səthdən sürüşüb yeri isladır. Artıq heç nəyi dəyişmək mümkün deyil.
Əlində üzərində naxışları olan gözəl bıçağa baxır. Son bir ildə sevdiyi, biləklərində zəhərli yaralar buraxan bıçaq indi onun körpəliyini öldürəcək. Havaya yüksələn bıçağın əksi uşağın saf gözlərində parlayır. Hər şey çox tez bitir. Yüksələn metal aynaya çırpılır.
Artıq gözyaşları yoxdur, onun yerini çilik-çilik olmuş aynadan süzülən al qan örtür. Sinəsində küt ağrı hiss edir. Bıçaq uşağın düz ürəyinə sancılıb.
Son dəfə qanlar içindəki öz keçmişinə baxır. Zamanı itirmək intihardı. O son bir ildə bu bıçaqla zamanı itirib. Artıq ölmək üçün vaxt yoxdu. Arxasını dönür və gedir. Kimsə içəridən pıçıldayır.
– Doğrusunu etdin. Axı nə qədər uşaq qalmaq olar?! Bəzən yaratmaq üçün məhv etmək lazımdır.
Hələ də fikirləri qarışıq olan gəncin birdən gözləri əllərinə sataşır. Hər tərəf qırışlar içindədi. Damarlar çıxıb, dəri sallanıb. Birdən çənəsi əsməyə başlayır. Saçlar ağrarır sonra topa-topa tökülür. Qəflətən boğulur. Öksürək tutur, çürümüş, qanlı dişləri yerə qusur. Beli bükülüb bir yumağa dönür.
Bıçağın zəhəri damarlarında dolaşır, körpənin lənəti başına fırlanır. O uşağı öldürdü. Həyatsa davam edir. Lakin deyəsən sona çox qalmayıb.
Əlvida bıçaq, sən artıq yoxsan. Bu qısa ömrümdə sevgi dolu zəhərin damarlarımda olacaq. Əlvida sadəlövh uşaq, sən artıq yoxsan, lakin qaranlıq ruhun məni yalnız buraxmayacaq.
– SON –
The death sentence was given.
The young man looks at his reflection in the mirror. But there is something strange here. There, his own child self is sobbing. Because the kid already knows that the end has come. The child’s warm tears slide off the icy surface of a mirror and wet the ground. Nothing can be changed anymore.
He looks at a beautiful knife with patterns in his hand. The knife he had loved for the past year, which had left poisonous wounds on his wrists, would now kill his infancy. The reflection of the blade rising into the air shines in the pure eyes of the child. It’s all over too soon. The rising blade crashes into the mirror.
There are no more tears. There are no more tears, their place is covered by crimson blood dripping from the stained mirror. He feels a dull pain in his chest. The knife was stabbed right into the child’s heart.
He looks at his bloodied past for the last time. Wasting time is suicide. He has lost time with this knife in the last year. There was no time to die. He turns and leaves. Someone whispers from inside:
– You did the right thing. After all, how many children can stay?! Sometimes you have to destroy to create.
The eyes of the young man, who is still confused, suddenly look at his hands. There were wrinkles everywhere. The veins are out, the skin is sagging. Suddenly his jaw starts to blow. Hair turns gray and falls out in clumps. He suddenly chokes. He coughs and vomits rotten, bloody teeth on the floor. The waist is bent and turns into a wash.
The poison of the knife circulates in his veins, the curse of the baby turns on his head. He killed that child. Life goes on. But it seems that the end is not long.
Goodbye knife, you are gone. In this short life, your poison of love will be in my veins. Goodbye naive child, you are gone, but your dark soul will not leave me alone.
– END –